Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Faiqin adını eşidən Brilliant ƏSƏBLƏŞDİ: "O, çıxdığı verilişlərə heç vaxt çıxmıram" - VİDEO

Faiqin adını eşidən Brilliant ƏSƏBLƏŞDİ: "O, çıxdığı verilişlərə heç vaxt çıxmıram" - VİDEO


24-10-2022, 09:48. Yazar: Xeberaz



Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "YouTube"da yayımlanan "AStar" verilişində uzun illərdir düşmən kəsildiyi həmkarı Xalq artisti Faiq Ağayevdən söz açıb.

Verilişin aparıcısı Ülvira Qarayevanın ad çəkmədən (Faiq Ağayev - red.) sənətçiyə onlar arasınsa bu qalmaqalın nə vaxtsa bitəcəyi sualı ilə B.Dadaşovaya səslənib.

Brilliant isə sualı eşidər-eşitməz belə reaksiya verib:

"Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim".




Geri dön