Ana Sayfa > Karusel / Hadisə > Bakıda həkim piyadanı avtomobillə vuraraq öldürüb

Bakıda həkim piyadanı avtomobillə vuraraq öldürüb


24-10-2022, 09:44. Yazar: Xeberaz



Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə aeroport şossesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada - 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.

Sürücü xəsarət almış piyadanı xəstəxanaya aparararkən Z.Xalıqov yolda dünyasını dəyişib.

Qeyd edəki ki, hadisəni törədən sürücü Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.

O, yaralı piyadaya ilkin tibbi yardım göstərib.

Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.



Geri dön