Ana Sayfa > Karusel / Hadisə / Gündəm > Laçında minaya düşənlərdən biri öldü

Laçında minaya düşənlərdən biri öldü


22-10-2022, 10:26. Yazar: Xeberaz



Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.

Suarası kəndində təmir tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.



Geri dön