Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Avtobusda dava düşüb, tibb bacısı qadını döydü

Avtobusda dava düşüb, tibb bacısı qadını döydü


22-10-2022, 09:49. Yazar: Xeberaz



Xəzər rayonunun Türkan qəsəbə sakini tibb bacısı tərəfindən döyülüb.

Türkan sakini Səbinə Dadaşovanın 17 saylı poliklinikada tibb bacısı işləyən Yeganə adlı şəxs tərəfindən döyüldüyü bildirilir.

Hadisə sərnişin avtobusunda baş verib.

İlkin məlumata görə, qohumu ilə həkim qəbuluna gedən Səbinə Dadaşova ilə tibb bacısı arasında mübahisə düşüb. Tibb bacısı Səbinə Dadaşovanı döyərək ona xəsarət yetirib.

Sonuncu aldığı xəsarətlərlə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, daxil olan müraciət üzrə araşdırma aparılır:

"Qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".



Geri dön