Ana Sayfa > Karusel / İdman / Fotogalereya / Təbriklər > Messi Avropanın ən yaxşı futbolçusu seçildi

Messi Avropanın ən yaxşı futbolçusu seçildi


28-08-2015, 00:22. Yazar: Xeberaz
Messi Avropanın ən yaxşı futbolçusu seçildi


Xəbəraz.az xəbər verir ki, bu haqda qərar bu gün Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində açıqlanıb.

UEFA-ya üzv olan 54 ölkənin jurnalistləri arasında keçirilən səsverməyə əsasən, Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi seçilib.

Messi ötən mövsüm “Barselona”nın heyətində Çempionlar Liqasının, UEFA Superkubokunun, İspaniya çempionatının və İspaniya Kubokunun qalibi olub.
Geri dön