Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV > Sərxoş sürücü yol polisini ələ salıb doladı – Mükəmməl ideya - VİDEO

Sərxoş sürücü yol polisini ələ salıb doladı – Mükəmməl ideya - VİDEO


28-08-2015, 00:06. Yazar: Xeberaz

Sərxoş sürücü yol polisini ələ salıb doladı – Mükəmməl ideya - VİDEO
Baxın, gülün, amma bunu tətbiq etməyin; bizdə belə avam yol polisi çətin tapılar…
Sürücülərin ən «yaralı yeri» yol polisidir. Hər bir sürücü yol polisinə yaxalanıb cərimə olunandan sonra dost-tanış arasında bu barədə mütləq danışır və adətən, yol polisinə qalib gəldiyini deyir. Sanki, cərimə olunan bu yox, başqa sürücüdür.
Bu videoda isə sürücü yol polisinə həqiqətən qalib gəlir. Avtosfer.az-ın məlumatına görə, Rusiyada çəkilən maraqlı videoda sərxoş sürücü avtomobili saatda 200-lə sürdüyü üçün radara düşür və yol polisi onu saxlayır. Lakin sürücü maşını yol polisinin yanında yox, bir qədər irəlidə saxlayıb dərhal yerini dəyişir. Sükan arxasında belə spirtli içki qəbul edən sürücü sərnişin oturacağına keçib yol polisini inandırmağa çalışır ki, o, həqiqətən də sərnişindir, sürücü isə yoxdur. Yol polisi təəccüblənir. Maşının o biri tərəfinə keçən yol polisi gözlərinə inanmır. Bu dəfə maşında nə sərnişin var, nə də sürücü. İnspektor bir də onda ayılır ki, həmin şəxs yol polisinin avtomobilinə minib qaçır.
Videonun maraqlı və gülməli olduğunu nəzərə alıb oxucular ilə bölüşmək qərarına gəldik. Baxın, gülün, amma bunu tətbiq etməyin. Çünki bizdə belə avam yol polisi çətin tapılar…
[media=https://youtu.be/tdMeygqS9xc]
Geri dön