Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > "Aysun ev uşağı olsaydı...” - Sərxandan AÇIQLAMA - VİDEO

"Aysun ev uşağı olsaydı...” - Sərxandan AÇIQLAMA - VİDEO


18-10-2022, 10:06. Yazar: Xeberaz

Müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanovla qalmaqal yaşayan aparıcı Sərxan Kərəmoğlu üzr istəyib.

Sosial şəbəkə hesabında qalmaqala səbəb olan müsahibəsini paylaşan Sərxan Rəqsanənin qızı Aysundan üzr istəyib:

"Bu müharibənin səbəbi bu müsahibədir. Əgər Aysun ev uşağı olsaydı, ki, onu heç kim tanımasaydı, onun haqqında da kimsə sual verməzdi mənə. Mənim nə cürətim olar ki, kiminsə ailəsini müzakirə edim. Aysun bu cameədə tanınan bir adamdır. Əgər müzakirə olunmasını istəmirdisə, onun toyundan kiminsə xəbəri olmazdı və toy qapalı keçərdi. Mən kiminsə xətrinə belə dəyəcək adam deyiləm o da qaldı ki, Aysun ola. Aysundan üzürxaqlıq edirəm, əgər onun qəlbinə dəymişəmsə. Amma ki, Rəqsanə və Fazil müharibəmiz yerindədir”.

Xatırladaq ki, Sərxan Kərəmoğlu "MTV maqazin”ə Rəqsanənin qızı haqda "Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi” – deyə bildirmişdi. Tərəflər arasında mübahisə bu açıqlamaya görə yaranıb.

Qalmaqala səbəb olan həmin görüntüləri təqdim edirik:




Geri dön