Ana Sayfa > Karusel / Şou-Biznes > Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ?

Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ?


18-10-2022, 09:48. Yazar: Xeberaz



Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb. 

Xeberaz.Az xəbər verir ki, bizim.media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.

Telefonu A.Bəylərin köməkçisi götürüb və  müğənninin səhhətinin yaxşı olduğunu deyib:

"Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır". 



Geri dön