Ana Sayfa > Karusel / Hadisə > Gəncədə kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqladı

Gəncədə kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqladı


17-10-2022, 10:06. Yazar: Xeberaz

Gəncədə kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqladı - YENİLƏNİB


Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb: “Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G. İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb”.


Geri dön