Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 28 nəfərə çatıb

Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 28 nəfərə çatıb


15-10-2022, 09:15. Yazar: Xeberaz



Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

07:29

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən mədən partlayışı ilə bağlı açıqlama verib:

"110 qardaşımız orada işləyirdi. Riskli bölgədə 49 işçimiz vardı, 21 nəfər xəstəxanaya göndərildi, təəssüf ki, 14 işçimiz həyatını itirdi".

* * *

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 22 nəfərin öldüyünü açıqlayıb.

* * *

"İndiyə qədər 36 mədən işçimiz ərazidən çıxarılıb. Çıxarılan işçilərimizdən 25-i dünyasını dəyişib, 6 işçimiz isə müalicə üçün İstanbula göndərilib. 5 işçinin isə müalicəsi rayonda aparılacaq" - vilayət rəhbərliyinin açıqlamasında bildirilir.



Geri dön