Ana Sayfa > Karusel / Xəbəraz TV / Hadisə > Ağcabədidə 13 yaşlı məktəbli şagirdlər tərəfindən döyülüb - VİDEO

Ağcabədidə 13 yaşlı məktəbli şagirdlər tərəfindən döyülüb - VİDEO


14-10-2022, 10:00. Yazar: Xeberaz






Ağcabədi rayonu 2 saylı Xocavənd tam orta məktəbinin 7-ci sinif şagirdi həmin məktəbin digər şagirdləri tərəfindən döyülüb.

Həmin şagirdlər bu anları videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Döyülən uşaq "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hadisənin baş vermə səbəbini bilmir. 

Azyaşlının anası Naimə Əliyeva iddia edir ki, oğlu bu hadisədə fiziki xəsarət alıb. 

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi Rayon Təhsil sektorundan isə bildirilib ki, hadisə dərs vaxtı olmayıb və məktəbin ərazisində baş verməyib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı süjetdə:



VİDEO



Geri dön