Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Ağgöl Milli Parkında atışma - Bir nəfər axtarışa verildi - FOTO

Ağgöl Milli Parkında atışma - Bir nəfər axtarışa verildi - FOTO


14-10-2022, 09:56. Yazar: Xeberaz





Ağgöl Milli Parkının əməkdaşları tərəfindən parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev  bildirib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb.

“Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib”.

Xidmət rəisinin sözlərinə görə, digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub.






Geri dön