Ana Sayfa > Karusel / Qadınlar / Səhiyyə > Parlaq və canlı dəriyə sahib olmaq çox asandır - Maska

Parlaq və canlı dəriyə sahib olmaq çox asandır - Maska


27-08-2015, 21:08. Yazar: Sahane
Sirkə istər saçlara, istərsə də dəriyə faydası çoxdur. Növləri içərisində ən təsirlisi isə üzüm sirkəsidir. Bu vasitə ilə hazırlanan maskalar da dəri üçün əvəzsiz seçimdir.
Xəbəraz.az saytı məlumat verir ki, bunun üçün 1 çay qaşığı təmiz zeytun yağı və 1 çay qaşığı üzüm sirkəsi lazımdır.
İkisini qarışdırıb, sonra pambıq vasitəsilə üzünüzə çəkin. Yarım saat qədər gözlətdikdən sonra dərinizi ilıq su ilə yuyun.
Qeyd edək ki, qarışımı səhər yuxudan oyandıqda və gecə yatmazdan öncə etmək daha məsləhətlidir.

Müəllif: Quliyeva Şəhanə

Parlaq və canlı dəriyə sahib olmaq çox asandır - Maska

Geri dön