Ana Sayfa > Karusel / Hadisə > Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş

Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş


12-10-2022, 11:01. Yazar: Xeberaz



Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.

Dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.



Geri dön