Ana Sayfa > Karusel / Hadisə > Şəkidə müəmmalı intiharlar - Eyni ərazidə 3 gənc...

Şəkidə müəmmalı intiharlar - Eyni ərazidə 3 gənc...


11-10-2022, 12:41. Yazar: Xeberaz



Son iki ay yarım ərzində Şəki şəhərinin Dağdibi adlanan ərazisində üç gənc intihar edib.

Son olaraq oktyabrın 9-u, gecə saat 01 radələrində şəhərin həmin ərasindəki Nəriman Nərimanov küçəsində, bağ sahəsində 1998-ci il təvəllüdlü Sayiq Səbuhi oğlu Sayiqzadə özünü asaraq intihar edib.

Sentyabrın 19-da elə həmin küçədə Şəki şəhər sakini, 21 yaşlı Məhəmməd Rahim oğlu Kərimov canına qıyıb. O da özünü asıb.

Bu ilin 24 iyul tarixində gecə saat 03 radələrində isə N.Nərimanov küçəsinə qonşuluqda yerləşən Muxtar Hacıyev küçəsində 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov eyni üsulla həyatına son qoyub.

Şəkidə son iki ay yarım ərzində eyni ərazidə 3 gəncin oxşar üsulla intihar etməsi sakinlərin narahatlığına səbəb olub.

Hazırda baş vermiş hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.


Məqaləyə dair fotomateriallar:



Geri dön