Ana Sayfa > Karusel / Gündəm > Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ


11-10-2022, 12:27. Yazar: Xeberaz



Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.




Geri dön