Ana Sayfa > Karusel / Hadisə > Qubada ana və iki uşağını maşın vurub: Ölən var

Qubada ana və iki uşağını maşın vurub: Ölən var


10-10-2022, 10:22. Yazar: Xeberaz

Qubada ana və iki uşağını maşın vurub: Ölən var


Quba rayonunun Vəlvələ kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Süleyman Məmmədov idarə etdiyi “Hyunadi” markalı avtomobillə yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyevanı və onun iki övladını vurub. 41 yaşlı qadın hadisə yerində ölüb, uşaqlar isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.



Geri dön