Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırılıb - VİDEO

Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırılıb - VİDEO


10-10-2022, 09:53. Yazar: Xeberaz







Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.

Hadisə Beyləqan rayonunun Qaralılar kəndində qeydə aınıb.

2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb.

Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.

Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı "Xəzər Xəbər"ə bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.



VİDEO



Geri dön