Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO


5-10-2022, 09:50. Yazar: Xeberaz



Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

"VAZ-2107" markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi "Daewoo" markalı maşına çırpılıb.

Talıbova məxsus avtomobil isə yol kənarında dayanan "BMW" və "Mercedes" markalı avtomobillərə dəyərək dayanıb. "VAZ-2107" isə aşaraq yol kənarında dayanan "Kia" və "BMW" markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, "VAZ"da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

Sürücülərin verdiyi məlumata görə, "VAZ"ı idarə edən şəxs avtoxuliqanlıq edib.

Hadisə yerinə Polis əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib.


Məqaləyə dair fotomateriallar:




Geri dön