Ana Sayfa > Karusel / Hadisə > “Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü

“Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü


4-10-2022, 10:09. Yazar: Xeberaz



Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüb.

Oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.



Geri dön