Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda qəza baş verib, xəsarət alanlar var - FOTO

Bakıda qəza baş verib, xəsarət alanlar var - FOTO


3-10-2022, 09:29. Yazar: Xeberaz



Bakının Sabunçu rayonunda iki avtomobil toqquşub.

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

"Toyota" markalı avtomobili idarə edən sürücü şəhər istiqamətində hərəkətdə olan zaman qəflətən sükana nəzarəti itirib. Bu zaman avtomobil qarşıda gedən "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində "Chevrolet"də olan 2 nəfər xəsarət alıb.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yaralılara əraziyə gələn təcili yardım briqadası tərəfindən tibbi yardım göstərilib. Avtomobillər hadisə yerindən evakuasiya edilib.

Faktla bağlı araşdırma aparılır.


Məqaləyə dair fotomateriallar:




Geri dön