Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > İndoneziyada baş verən iğtişaşlar 174 nəfərin həyatına son qoydu - VİDEO

İndoneziyada baş verən iğtişaşlar 174 nəfərin həyatına son qoydu - VİDEO


2-10-2022, 14:20. Yazar: Xeberaz







İndoneziyada ötən gün futbol matçından sonra stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki,  bu barədə "Reuters" agentliyi məlumat yayıb.

***10:49

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

 ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.



VİDEO



Geri dön