Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV > Murad Arif Rəhimdən danışdı: " Təmənnasız verilişlərə çağırırdı" - FOTO/VİDEO

Murad Arif Rəhimdən danışdı: " Təmənnasız verilişlərə çağırırdı" - FOTO/VİDEO


30-09-2022, 09:55. Yazar: Xeberaz

 





Bu gün müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

Hazırda mərhumun evində onunla vida mərasimi keçirilir. Mərasimdə Rəhimin yaxınları, ailə üzvləri, dostları və şou-biznesin tanınmış simaları iştirak edirlər.

Onlardan biri də müğənni Murad Arifdir. Rəhimlə bağlı xatirələrindən danışan Murad onun xeyirxah insan olduğunu bildirib.

"Çox xeyirxah insan idi, hər kəsə əl tuturdu. Deyirdi sənin o verilişindəki oğlan, ya da qız kimdir? Təmənnasız verilişlərə çağırırdı. Mahnısını da təmənnasız verə bilərdi. O bambaşqa müğənni idi. Rəhimin yeri heç vaxt dolmayacaq. O fanatlarının sevimlisi ulduz idi".

Xatırladaq ki, sənətçi ürək tutmasından vəfat edib. O, uzun müddət idi sirrozdan əziyyət çəkirdi. 43 yaşlı Rəhim Rəhimli bu gün saat 12-də Bülbülə qəsəbəsində torpağa tapşırılacaq.



VİDEO
QALEREYA


Geri dön