Ana Sayfa > Karusel / Gündəm > “Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?

“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?


28-09-2022, 10:50. Yazar: Xeberaz



Bu gün səhər saatlarında "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.

Xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək, bort-komputer vasitəsilə yoxlayıb.

Yoxlamanın hansı məqsədlə aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətindən bildirildi ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.




Geri dön