Ana Sayfa > Karusel / Dünya / Hadisə / Xəbəraz TV > Kəklikotunu narkotik zənn edən rus polisi azərbaycanlıları cərimələdi - VİDEO

Kəklikotunu narkotik zənn edən rus polisi azərbaycanlıları cərimələdi - VİDEO


23-09-2022, 10:46. Yazar: Xeberaz




Surqut hava limanında gömrükçülər 50 kq kəklikotu müsadirə ediblər.

Gömrükçülər və polis bunun narkotik vasitə olmasından şübhələniblər.

Bakıdan Yuqraya kəlikotu aparan 3 azərbaycanlının rus dilini bilməməsi vəziyyəti çətinləşdirib. Böyük miqdarda marixuana ələ keçirilməsi ilə bağlı akt tərtib olunub. Lakin daha sonra aydınlaşıb ki, azərbaycanlılar ədviyyatı Nijnevartovskdakı kafelərdən birinə aparırmışlar. Lakin həmin şəxslər məhsulu kommersiya növü kimi qeyd etməyiblər.

Bundan başqa, Azərbaycan vətəndaşlarının məhsulları üçün fitosanitar sertifikatları olmayıb.

Surqut gömrük postunun əməkdaşları malları müsadirə ediblər. Qanunu pozanları mallarının müsadirəsi ilə yanaşı cərimə gözləyir.



VİDEO



Geri dön