Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Namiq Qaraçuxurludan SƏRT İSMARIŞ: "O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir" - FOTO/VİDEO

Namiq Qaraçuxurludan SƏRT İSMARIŞ: "O torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir" - FOTO/VİDEO


20-09-2022, 10:39. Yazar: Xeberaz




"İşğaldan azad olunan torpaqlarımıza bir dəfə də olsa səfər etməmişəm. Tədbirlərə, çəkilişlərə dəvət ediblər, amma qəribədir, ora gedə bilməmişəm. Elə düşünürəm ki, o torpaqlara getməyə haqqım yoxdur".

Bu sözləri bir müddət əvvəl BAKU TV-nin "O kimdir?" verilişinə qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Sənətçi həmin müsahibənin görüntülərini sosial şəbəkədə yenidən yayımlayaraq erməni təxribatı nəticəsində ölkəmizdə yaşananlara münasibət bildirib. 

Meyxanaçı baş verən hadisələrin fonunda şəhidlərimizin canı-qanı bahasına azad olunan torpaqlarda özünü reklam edən həmkarlarını qınayıb:

"Son zamanlar baş verənlər bir daha göstərdi ki, siyasi baxımdan vacib deyilsə, O torpaqlarda şou göstərmək, selfi etmək və s. hələ tezdir. Bəzi tədbirlər beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə, bu, həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil".

Daha sonra meyxanaçı paylaşımında Allahdan şəhid ailələrinə səbir, yaralı hərbçilərimizə isə şəfa diləyib.



VİDEO



Geri dön