Ana Sayfa > Karusel / Hadisə / M2 > Oğlu öldürülən ata Azadlıq meydanında özünü yandırmaq istədi

Oğlu öldürülən ata Azadlıq meydanında özünü yandırmaq istədi


27-08-2015, 11:29. Yazar: Xeberaz
Oğlu öldürülən ata Azadlıq meydanında özünü yandırmaq istədi
Araşdırmalar davam etdirilir.

Bakıda intihara cəhd olub.

Xəbəraz.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, dünən saat 14:00 radələrində 1956-cı ildə anadan olmuş, Yevlax rayon sakini Abdullayev İbrahim Qasım oğlu Azadlıq meydanında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.

Hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin niyyətini sona çatdırmasına imkan verməyib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, özünü yandırmağa cəhd edən şəxsin 19 yaşlı oğlu bir müddət əvvəl Yevlaxda qətlə yetirilib.

Araşdırmalar davam etdirilir.
Geri dön