Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Masazırda gənc oğlan sevdiyi qıza görə intihara cəhd edir - YENİLƏNİB + VİDEO

Masazırda gənc oğlan sevdiyi qıza görə intihara cəhd edir - YENİLƏNİB + VİDEO


17-09-2022, 10:49. Yazar: Xeberaz



Abşeronda gəncin intihara cəhd etməsinin səbəbi məlum olub.

Məlumata görə, gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbi ilə intihara cəhd etdiyi iddia olunur.

Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Sevdiyi qızın xəyanətini qəbul edə bilməyən gəncin kranın üzərindən enməsi üçün hazırda danışıqlar aparılır.

09:54

Abşeronda bir nəfər intihara cəhd edir.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, görüntülər Abşeron rayonunun, Masazır qəsəbəsində lentə alınıb.

Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını deyib.



Geri dön