Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşüb - FOTO

Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşüb - FOTO


15-09-2022, 11:02. Yazar: Xeberaz




Bakının Nəsimi rayonunda ehtiyyatsızlıqdan bir nəfər ağır xəsarət alıb.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.

Belə ki, beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1997-ci il təvvəllüdlü Quliyev Rüfət Vidadi oğlu yataq otağının pəncərindən yıxılıb.

O zərbə nəticəsində baş və bədənin müxtəlif nahiyyələrindən ağır xəsarət alıb.

Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.



QALEREYA



Geri dön