Ana Sayfa > Karusel / Şou-Biznes > Bakıda konserti gözlənilən ukraynalı pop ulduzdan Ermənistana DƏSTƏK

Bakıda konserti gözlənilən ukraynalı pop ulduzdan Ermənistana DƏSTƏK


15-09-2022, 10:50. Yazar: Xeberaz



Dekabrın 10-da "Bakı Konqres Mərkəz"ində konsert proqramı ilə çıxış edəcəyi gözlənilən Ukraynanın məşhur pop ulduzu Maks Barskix ermənilərin Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarda Ermənistana tərəf çıxıb.  

Sənətçi erməni jurnalisti Mher Baghdasaryanın ölkəsi ilə bağlı yazdığı postu "Instagram" hesabının "Hekayə" bölməsində "repost" edərək, bu addımı ilə Ermənistanı dəstəkləyib. 

Onun bu addımı isə azərbaycanlı izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Onlar ifaçının Bakıdakı konsertini ləvğ etməsini və Azərbaycandan üzr istəməsini tələb ediblər. 




Geri dön