Ana Sayfa > Karusel / M / Gündəm > Prezident İlham Əliyev Azərbaycan xalqına baş sağlığı verib

Prezident İlham Əliyev Azərbaycan xalqına baş sağlığı verib


13-09-2022, 21:09. Yazar: Xeberaz



Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.

Xeberaz.Az xəbər verir ki, paylaşımda deyilir:

"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!"


Məqaləyə dair fotomateriallar:



Geri dön