Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda DƏHŞƏT: Qardaşını qəbiristanlıqda öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: Qardaşını qəbiristanlıqda öldürdü - VİDEO


8-09-2022, 12:59. Yazar: Xeberaz



Paytaxtdakı qəbiristanlardan birində qətl hadisəsi baş verib. 46 yaşlı kişi oraqla öldürülüb. Hadisə bu gün günorta saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 

46 yaşlı Səyyad İsmayılovun qəsəbədə yerləşən qəbiristanda oraqla qətlə yetirildiyi bildirilir. 

Hadisə şahidləri qardaşların arasındakı mübahisənin və qətlin pul üstündə olduğunu iddia edirlər. 

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Səyyad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən şəxs elə onun 56 yaşlı qardaşı Siyavuş İsmayılovdur. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  

İş üzrə istintaq davam edir.

Ətraflı Xəzər TV-də:









 

Geri dön