Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Təranədən ərinə eşq dolu təbrik: “Həyat ulduzum Musa” - VİDEO

Təranədən ərinə eşq dolu təbrik: “Həyat ulduzum Musa” - VİDEO


6-09-2022, 12:24. Yazar: Xeberaz



Müğənni Musa Musayev ailə üzvləri ilə birlikdə doğum gününü qeyd edib. 

Dəbdəbəli evlərində kiçik yığıncaq təşkil edən Musanın həyat yoldaşı Təranə Qumral həmin anları lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Musayevi təbrik yağışına qərq edən Qumral yayımladığı görüntülərə "Fidanımla Musanın ad günü idi, hər ikinizi təbrik edirəm. 100 yaşayın, gözəl qızım Fidan və həyat ulduzum Musa Musayev" şərhini yazıb.
Qeyd edək ki, Musa-Təranə cütlüyünün Fidan, Qumral və Sevgimcan adlı üç qız övladı var. Fidan 9 il əvvəl Mirhüseyn adlı bəylə ailə qurub. Cütlüyün bu nikahdan iki oğlan övladı var.

Digər qızı Qumral isə Natiq Abdul adlı şəxslə evlidir. Onların iki övladı var. Sevgimcan isə müğənnilik fəaliyyəti ilə məşğuldur.






Geri dön