Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD terror qruplaşması ilə müharibəsi bir neçə on il çəkə bilər

İŞİD terror qruplaşması ilə müharibəsi bir neçə on il çəkə bilər


27-08-2015, 00:16. Yazar: Xeberaz
İŞİD terror qruplaşması ilə müharibəsi bir neçə on il çəkə bilər

Beynəlxalq koalisiyanın İŞİD terror qruplaşması ilə müharibəsi bir neçə on il çəkə bilər

Xəbəraz.az -ın məlumatına görə, bu barədə rusiyalı politoloq Stanislav İvanov bildirib.

Onun sözlərinə görə, radikal qruplaşma ilə mübarizədə yeganə əngəl regionun aparıcı oyunçularının mövqeyidir. Ekspert o sırada Türkiyə rəhbərliyinin PKK (kürd) hərəkatını zəiflətmək istəyini, həmçinin, sünni rejimlərin İranın təsirini azaltmağa çalışmasını göstərib.

“İŞİD-ə qarşı vahid cəbhə üçün şərtlər əfsus ki, Türkiyə sarıdan mürəkkəbdir. Ər-Riyad və Doxa da təxminən eləcə. Onlar öz hədəflərini əsas görüməkdə davam edirlər və onlar üçün İŞİD daha kiçik düşməndir, nəinki şiəlik. Belə vəziyyətdə müharibə bir neçə il çəkə, hətta prinsipcə söhbət bir neçə on ildən gedə bilər. Yəni hansı ki, bu dəqiqə Somalidə görürük”, - deyə politoloq xəbərdarlıq edib.
Geri dön