Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > Heydər Əliyevin maşını satışda - Foto

Heydər Əliyevin maşını satışda - Foto


26-08-2015, 23:54. Yazar: Xeberaz
Heydər Əliyevin maşını satışda - Foto


Rusiya mətbuatında yayılan xəbərdə iddia olunur ki, avtomobil Əliyevə məxsus olub

Rusiyanın Krasnoyarskda şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə 1,4 milyona rubl (təxminən 21 min manat) qiymətinə satışa çıxarılıb.

Ans press-in məlumatına görə, Rusiya mətbuatında yayılan xəbərdə iddia olunur ki, avtomobil Azərbaycan prezidenti Heydər Əliyevə məxsus olub.

Elan avqustun 24-də 24auto.ru saytında yerləşdirilib.

Satan şəxs bildirib ki, avtomobil 1951-ci ilin buraxılışıdır və həmin avtomobil Azərbaycandan İlham Əliyevin qarajından gətirilib.

Avtomobil təmirdən sonra avtomat pəncərə qaldıranlarla, kompyuter, televizor və siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti rus pulu ilə 1 410 000 rubl təşkil edir.
Geri dön