Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda dəhşətli qətl: 27 yaşlı qadını əri niyə öldürdü? - TƏFƏRRÜAT

Bakıda dəhşətli qətl: 27 yaşlı qadını əri niyə öldürdü? - TƏFƏRRÜAT


4-09-2022, 11:34. Yazar: Xeberaz


Son bir neçə gündür ki, Bakıda ard-arda ağır cinayətlər törədilir.

Xeberaz.az Xəzər TV-yə istinadən xəbər verir ki, ya kişi həyat yoldaşını öldürür, ya da əksi olur. Daha bir cinayət hadisəsi gecə saatlarında paytaxtın Nizami rayonunda baş verib.

27 yaşlı qadın yaşayış binasının qarşısında qətlə yetirilib.

Ağır cinayət gecə paytaxtın Nizami rayonu Məmmədəli Şərifli küçəsi 94 ünvanında baş verib.

Baş prokurorluqdan verilən məlumata görə, dünən saat 23 radələrində 27 yaşlı Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər, daha sonra meyiti məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyina aparıblar.

Qonşuların sözlərinə görə, mərhum qadın ailəli olsa da tez-tez nənəsinin yanına gəlib ona baş çəkirmiş.

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Vüsal Bayramov istintaqa cəlb edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.
 



Geri dön