Ana Sayfa > Karusel / Gündəm / M2 > FHN: "Zaqatalada yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir"

FHN: "Zaqatalada yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir"


3-09-2022, 12:03. Yazar: Xeberaz

Zaqatala rayonunun Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bu barədə report-un sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bandan başqa, Oğuz, Qəbələ və İsmayıllıda da yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları başlayıb.

Geri dön