Ana Sayfa > Karusel / Şou-Biznes > Gülşən 3 ilədək həbs oluna bilər

Gülşən 3 ilədək həbs oluna bilər


2-09-2022, 13:25. Yazar: Xeberaz



Hazırda ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğluna qarşı iddia ərizəsi hazırlanıb.

Xeberaz.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənninin “Xalqı kin və düşmənçiliyə təhrik” ittihamı ilə 1 ildən 3 ilədək həbslə cəzalandırılması istənilib.

Qeyd  edək ki, konsertlərindən birində Gülşənin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. 



Geri dön