Ana Sayfa > Karusel / Hadisə > Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı


2-09-2022, 12:51. Yazar: Xeberaz



Oğuzda 16 yaşlı qız qaçırılıb.

 3 nəfər Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 "Qafqazinfo"




Geri dön