Ana Sayfa > Karusel / Maraqlı > Üzüm yeyəndə çəyirdəklərini atmayın! Üyüdüb qəbul edin

Üzüm yeyəndə çəyirdəklərini atmayın! Üyüdüb qəbul edin


1-09-2022, 12:22. Yazar: Xeberaz



Üzüm ən faydalı meyvələrdən biridir. Lakin mütəxəssislərin fikrinə görə, üzüm çəyirdəkləri üzümün özündan daha faydalıdır.

Alimlər sübut edib ki, üzümün tərkibində olan faydalı maddələrin 80%-i məhz onun çəyirdəklərindədir.


 üzüm çəyirdəkləri tibdə və kosmetologiyada çox qiymətli müalicəvi məhsul sayılır. Üzüm çəyirdəklərdən yağ, müxtəlif müalicəvi ekstraktlar hazırlanır.



Üzüm çəyirdəyi E vitamini ilə olduqca zəngindir. Bu vitamin ən güclü antioksidantlardan biridir. Antioksidantlar insan orqanizmini müxtəlif ziyanlı təsirlərdən qoruyur. E vitamini üzüm çəyirdəyi yağında zeytun yağı ilə müqayisədə 10 dəfə çoxdur.

Üzüm çəyirdəyinin tərkibində olan Omeqa-6 yağlı turşular damarları aterosklerozdan qoruyur. Nəzərinizə çatdıraq ki, ateroskleroz infarkt və insultun əsas səbəbidir.

Üzüm çəyirdəyinin tərkibində olan unikal resveratrol maddəsi ürəyi və damarları qoruyur.

Üzüm çəyirdəyinin digər faydaları arasında:

- bağırsaqları mexaniki olaraq təmizləyir

- şiş xəstəliklərinin riskini azaldır

- qurd əleyhinə təsirə malikdir.

Üzüm çəyirdəklərindən fayda almaq üçün üzüm yedikdə çəyirdəkləri atmayın. Onları yığın, qurudun və sonra üyüdüb toz şəklində su ilə qəbul edin.






Geri dön