Ana Sayfa > Karusel / Hadisə / Gündəm > “Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır

“Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır


31-08-2022, 12:20. Yazar: Xeberaz




Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib: "Xəsarət alan qadınlardan birinin bədən səthinin 45%-i, digərinin bədən səthinin 35-40%-i, kişinin bədən səthinin isə 60%-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir".



Geri dön