Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > “KamAZ” evə çırpıldı, sürücü xəsarət alıb - FOTO

“KamAZ” evə çırpıldı, sürücü xəsarət alıb - FOTO


31-08-2022, 11:50. Yazar: Xeberaz

 


Şirvanda yük avtomobili yaşayış evinə çırpılıb.

Hadisə Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobili idarə edən Ağcabədi rayonunun Hüsülü kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Ravil Pərviz oğlu idarəetməni itirdiyindən maşın yoldan çıxıb. Nəticədə yük avtomobili fərdi yaşayış evinə çırpılıb, yaşayış evinin qarşısında dayanan "QAZel" markalı avtomobili aşırıb.

Ev təsərrüfatına ciddi ziyan dəyib.

Xəsarət alan sürücü Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Geri dön