Ana Sayfa > Karusel / Gündəm > Bu tarixdən etibarən havalar sərinləşəcək, yağış yağacaq

Bu tarixdən etibarən havalar sərinləşəcək, yağış yağacaq


31-08-2022, 11:27. Yazar: Xeberaz



Artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu proses sentyabrın 5-8-də gözlənilir.

Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyədək aşağı enəcək.

Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir.




Geri dön