Ana Sayfa > Karusel / Hadisə > Qubadlıda mina partladı: Bələdçi yaralandı, minaaxtaran it tələf oldu

Qubadlıda mina partladı: Bələdçi yaralandı, minaaxtaran it tələf oldu


30-08-2022, 11:30. Yazar: Xeberaz


Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - mətbuat xidmətindən bildirilib.




Geri dön