Ana Sayfa > Karusel / Hadisə > Yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək

Yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcək


29-08-2022, 11:24. Yazar: Xeberaz



Goranboyda yol qəzasında həlak olan hərbçiyə şəhid statusu veriləcəkƏrəblinski Vahid
Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.

Qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi "Ural" markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.



Geri dön