Ana Sayfa > Karusel / Hadisə > "Nissan" ilə "Zaparojiç" toqquşdu - Ölən var

"Nissan" ilə "Zaparojiç" toqquşdu - Ölən var


26-08-2022, 10:42. Yazar: Xeberaz



Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Qaradağ rayonu, Xocasən qəsəbəsində qeydə alınıb.

Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi "Nissan" dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "Zaparojiç" maraklı avtomobillə toqquşub. Nəticədə, Muradalı Manafov ağır xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.



Geri dön