Ana Sayfa > Karusel / Şou-Biznes > Meyxanaçıdan narkotik etirafı: "Məni nümunə gətirirlər ki..."

Meyxanaçıdan narkotik etirafı: "Məni nümunə gətirirlər ki..."


25-08-2022, 12:03. Yazar: Xeberaz


Meyxanaçı Rüfət Nasosnu (Kərimov) narkotika ilə bağlı etiraf edib.

Bu barədə o, prodüser Tarix Əliyevin "Toliklə səmimi" layihəsində danışıb.

Rüfət deyib ki, o bir vaxt alüdəçi olsa da, narkotik vasitələri tərgitməyi bacarıb:

"Bəzən soruşanda ki, sən müəyyən işlərlə məşğul olmusan, tərgitmisən, unun iki cür təsiri var. Bir var ki, cavan uşaqdır, baxıb deyir, edib, tərgidib, mən də belə ola bilərəm. Bir də var, həmin adam bu işlə məşğul olur, mənə baxıb deyir ki, bu kişi tərgidibsə, mən də edə bilərəm. İnsan danışmağa qorxur ki, bəziləri pis, bəziləri yaxşı tərəfini götürə bilər. Məni nümunə gətirirlər ki, Rüfət tərgitdi,sən isə yox".
 
///olay

Geri dön