Ana Sayfa > Karusel / Texnologiya > Yeni "iPhone"un təqdim olunacağı tarix açıqlandı

Yeni "iPhone"un təqdim olunacağı tarix açıqlandı


25-08-2022, 12:00. Yazar: Xeberaz



"Apple" şirkəti sentyabrın 7-də keçirəcəyi tədbirdə yeni "iPhone" və yeni "ağıllı" saat təqdim edəcək.

Bu barədə Qərb KİV-ləri yazır.

Qeyd olunur ki, şirkət artıq təqdimatda iştirak üçün dəvətnamələr yollamağa başlayıb.

"Bloomberg" agentliyinin bir müddət əvvəl yazdığına görə, sentyabr ayında "Apple"ın dörd yeni "iPhone 14" modelini və üç "Apple Watch" saatlarını təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin sentyabrında şirkət "iPhone 13" və "iPhone 13 Pro", "Apple Watch 7", eləcə də yeni "iPad" və "iPad Mini" planşetlərini təqdim etmişdi.




Geri dön