Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Emin Əmrullayev: "Məktəblərdə şalvara qadağa qoymaq düz deyil"

Emin Əmrullayev: "Məktəblərdə şalvara qadağa qoymaq düz deyil"


23-08-2022, 12:35. Yazar: Xeberaz

 



"Bu hal qaydaya ziddir. Məktəbdə uşaqların forma geyinməsi hamı üçün faydalıdır. Bu halda bərabərsizlik itir. Formanən ölçüsü və elementləri haqqında qərar verilir. Məktəb hansı forma istəsə onu seçə bilər".

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

"Ancaq şalvara qadağa qoymaq düz deyil. Valideynlər belə halla qarşılaşdıqda yaxşı olardı ki, yerli təhsil orqanlarına müraciət etsinlər",-deyə nazir əlavə edib.



Geri dön