Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > “Yanq Boyz” futbolçularının Bakı gəzintisi - FOTO

“Yanq Boyz” futbolçularının Bakı gəzintisi - FOTO


26-08-2015, 19:00. Yazar: Xeberaz
“Yanq Boyz” futbolçularının Bakı gəzintisi - FOTO
“Bakı heyran edir”.

“Qarabağ” futbol klubunun rəqibləri - İsveçrə “Yanq Boyz”nun oyunçuları Avropa Çempionatının pley-off raundunda “Qarabağ” ilə cavab oyunu üçün Bakıya gəliblər.

Dənizkənarı Milli Parkın yaxınlığındakı otellərin birində yerləşiblər və bu gün şəhərə gəzintiyə çıxıblar.

“Yanq Boyz”un rəsmi Twitter səhifəsində paylaşılan şəkillərin altında “Komanda gəzintiyə çıxıb. Bakı heyran edir” sözləri yazılıb.

Xatırladaq ki, “Qarabağ”-“Yanq Boyz” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21.00-da başlayacaq. Bu gün isveçrəlilər matç öncəsi məşqini keçirəcək.oxu.az

Geri dön